338 nömrəli məktəbdə mühafizə ilə bağlı narazılıq: Vəsiqə də yoxdur, forma da- FOTO

338 nömrəli məktəbdə mühafizə ilə bağlı narazılıq: Vəsiqə də yoxdur, forma da- FOTO
10:40

Ramana qəsəbəsinin Şuşa şəhərciyində yerləşən 338 nömrəli Xankəndi tam orta məktəbində direktorla görüşmək istəyən şəxslərin qarşısına maneə çıxarıldığı iddia olunur.

News365.az-ın redaksiyasına daxil olan məlumata görə, məktəbin direktoru Fərid Ağalıyevin rəhbərlik etdiyi təhsil müəssisəsinin girişində dayanan, kimliyi və vəzifəsi bəlli olmayan şəxs mülki geyimdə fəaliyyət göstərir.

İddialara əsasən, həmin şəxsin nə xidməti vəsiqəsi, nə də xüsusi geyim forması var. O, direktorla görüşmək istəyən şəxslərin məktəbə daxil olmasına icazə vermir.

Məktəbin girişində dayanan şəxsin hansı statusda fəaliyyət göstərdiyi, eləcə də vətəndaşların direktorla görüşünə hansı əsasla mane olduğu aydın deyil.



Sizin reklam burada
Sizin reklam burada