Şəkidə azyaşlını maşın vurdu, vəziyyəti ağırdır

Şəkidə azyaşlını maşın vurdu, vəziyyəti ağırdır
14 Apr 2025 21:59

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.


News365.az xəbər verir ki, Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.


Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada