Britaniya Qüdsdəki konsulluğunu boşaldır: 20 diplomat gedir

Britaniya Qüdsdəki konsulluğunu boşaldır: 20 diplomat gedir
14:30

Britaniyanın Şərqi Qüdsdəki diplomatik nümayəndəliyində ciddi dəyişiklik gözlənilir. Konsulluğun əməkdaşlarının böyük hissəsi binanı tərk edəcək, fəaliyyət isə daha məhdud formatda davam etdiriləcək.

News365.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.

Nazirin sözlərinə görə, 20 britaniyalı diplomat və baş konsul konsulluqdan ayrılacaq. Bununla belə, yeddi diplomatdan ibarət kiçik qrup binada qalaraq məhdud fəaliyyət göstərə biləcək.

Qeyd edək ki, Şərqi Qüdsdəki Britaniya Konsulluğu 1838-ci ildə yaradılıb. Nümayəndəlik Britaniyanın Qüds, eləcə də İordan çayının qərb sahili və Qəzza zolağında yaşayan fələstinlilərlə münasibətlərində mühüm rol oynayıb.


Sizin reklam burada
Sizin reklam burada