Bu gün ədəbiyyat üzrə Nobel mükafatının qalibi elan ediləcək. Mükafatın kimə təqdim olunacağı maraqla gözlənildiyi bir vaxtda təhsil eksperti Etibar Əliyev potensial namizədlərlə bağlı paylaşım edib.
News365.az xəbər verir ki, Etibar Əliyev sosial şəbəkə hesabında Haruki Murakami, Culian Barns, Frederik Beqbeder, Mişel Uelbek, Salman Rüşdi və Maykl Ondatçenin adlarını çəkib.
Ekspertin paylaşımında bu yazıçılar ədəbiyyat üzrə Nobel mükafatına mümkün namizədlər sırasında qeyd olunub.
Qeyd edək ki, paylaşımda sadalanan adlar mükafatın rəsmi namizədləri kimi təsdiqlənməyib.