İranda polislərə hücum edildi: ölü və yaralılar var

İranda polislərə hücum edildi: ölü və yaralılar var
15:59

Bu gün İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum silahlı şəxslər polis avtomobilinə atəş açıblar.

News365.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Şəhərin Nüsrətabad bölgəsində baş verən hücum nəticəsində polis zabiti Vəhid İnayət həlak olub, bir neçə nəfər isə yaralanıb.

Hücumun məsuliyyətini hələlik heç bir təşkilat üzərinə götürməyib.


Sizin reklam burada
Sizin reklam burada