Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı
14:15

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

News365.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sentyabrın 24-də Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 82 yaşlı Fərhad Məsim oğlu İsgəndərovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Sizin reklam burada
Sizin reklam burada