Günlərlə susuz qalan Xırdalan - Nə vaxt bərpa olunacaq?

Günlərlə susuz qalan Xırdalan - Nə vaxt bərpa olunacaq?
11:19
Abşeron rayonu Xırdalan şəhəri sakinləri artıq bir neçə gündür susuz qalıb.

News365.az-ın xəbərinə görə, Dövlət Su Ehtiyatları Agentliyi təmir-bərpa işlərinin yekunlaşdığını və xəttə su verildiyini desə də, bir çox ərazidə hələ də su gəlmədiyi deyilir.

Maraqlıdır ki, oxşar hal Bakının bir sıra rayonlarında da qeydə alınıb. Belə ki, Xəzər rayonu və ona daxil olan Mərdəkan və Binə qəsəbələrində də analoji hal yaşanır. 

Agentlikdən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, magistral su xətti böyük əraziləri əhatə etdiyinə görə suyun bütün ünvanlara çatması və hidrovlik sistemlərin bərpası zaman tələb edir. 

“Hazırda əksər ərazilər su ilə təmin olunub. Digər ünvanların da su ilə təminatı yaxın zamanda tam olaraq bərpa ediləcək”, - deyə qurum əlavə edib.

Xatırladaq ki, qurum magistral su xəttində aparlan təmir-bərpa işlərinin ərazinin releyfi ilə bağlı olaraq bir neçə saat artıq vaxt aldığını, işlərin dünəndən yekunlaşdığını və xəttə su verildiyini demişdi.


Sizin reklam burada
Sizin reklam burada