Almaniya Ukraynaya on minlərlə ÖLÜMCÜL DRON göndərir

Almaniya Ukraynaya on minlərlə ÖLÜMCÜL DRON göndərir
15:01

Almaniyanın müdafiə nəhəngi "Quantum Systems" reaktiv PUA-ları yerlə-yeksan etmək üçün Ukraynaya on minlərlə yeni nəsil "SPYS" tutucu (qatil) dron təhvil verməyə hazırlanır. 

News365.az xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi şirkətin Berlində təşkil edilən brifinqində "Quantum Systems"in vitse-prezidenti Matias Lenaya istinadən məlumat yayıb.

Matias Lenanın verdiyi sensasion açıqlamaya görə, "SPYS" hərbi kompleksi "Quantum Systems" və Ukraynanın "WIY" şirkətinin ortaq müəssisəsi olan "Quantum WIY Industries" çərçivəsində xüsusi olaraq hazırlanıb.

Yeni ölümcül sistemin ərsəyə gətirilməsində Almaniya texnologiyalarının, xüsusilə də "STRILA" tutucu dronlarının Ukraynadakı real döyüş meydanında nümayiş etdirdiyi dəhşətli üstünlük və təcrübə əsas götürülüb.

Bu strateji paketdən ilk öldürücü dronların cəbhəyə nə vaxt çatdırılacağı sualını cavablandıran Almaniya şirkətinin rəsmisi hər kəsi şoka salan bəyanat verib:

"Minlərlə belə dron artıq bu il Ukrayna ordusuna təhvil verilməyə tam hazırdır".


Sizin reklam burada
Sizin reklam burada