Üzeyir Hacıbəyovun məhşur “O olmasın bu olsun” əsəri əsasında çəkilən filmdə Məşədi İbadın papağı başına qoymaqla bağlı tərəddüdü zamanı belə bir ifadə işlədir “Papağı belə qoysam Şamaxı lotusuna oxşayacam”. Bu filmdən sonra sitat cəmiyyətdə yayılmış və bu gün də istifadə edilir. Lakin bu ifadənin kimlər və niyə yaranması barədə heç kim sual verməyib və niyə məhz Şamaxı və niyə məhz Lotu sözünün eyni vaxta işlədilməsinə maraq göstərməyib. Axı Azərbaycanın uzun illər paytaxtı olan, mədəniyyət və incəsənət sahəsində qədim bir tarixi olan şəhərə bu cürə ifadə yersiz və təhqirdir. İndi bu sözün yaranmasının əsl səbəbinə baxaq.
Lut qövümü barədə dini kitablarda kifayət qədər məlumat var. Quranın da elçilərdən biri olan Lut peyğəmbər İbrahim peyğəmbərdən ayrılmış, Sodom qövmünün ərazisində məskunlaşmışdı.
Rəvayətlərdən görünür ki, oranın camaatı əxlaqsız bir həyat yaşayırdılar və Lut peyğəmbər onları düzgün yola gətirə bilmədiyi üçün Allah oranı lənətləyib və şəhəri yerlə yeksan edib. Alman arxeoloq Verner Keller burda araşdırma aparandan sonra yazır "Bu bölgədə özünü göstərmiş olan çox böyük bir çökmədə partlayışlar, ildırımlar, yanğınlar və təbii qazlarla birlikdə qorxunc bir zəlzələ olmuş və Siddim Vadisi ilə birlikdə Lut qövmünün şəhərləri də yerin dərinliklərinə qərq olmuşdur".
Ondan sonra hansı şəhərdə əxlaqsızlıq baş verirsə oranı Lut qövümü adlandırdılar və zamanla türk dillərində bu söz Lut, Lot, Lotu sözünə çevrilir. Sözün etimolojisində ərəbcə "la:ta" feili - bir nəsnəyə "yapışmaq", yaxud "ehtirasla yapışıb qalmaq" mənaları dayanır.
Bəs niyə Şamaxıya bu söz aid edilir. Məlumdur ki, son 300 ildə Azərbaycan torpaqlarına köçürülən ermənilər Şamaxıda istədiyi “azadlıqları” əldə edə bilmirdilər. Şamaxı caamatı erməniləri əl-qol açmağa izn vermirdlər. Buna görə də tarixən ermənilər Şamaxıdan qisas almaq arzusu ilə yaşayıblar və nəticədə 1918-ci ilin mart ayında şəhərdə görünməz vəhşliklər həyata keçirirlər. Bu hadisə sonra olacaq idi, amma o dövrə qədər ermənilər bu şəhərdə heç bir zaman söz sahibi ola bilməyiblər. Məhz sözün yaranması da bu tarixə aiddir.
Məlumdur ki, Şamaxı və onun ətraf rayonları tarix boyu Azərbaycanın ən çox və fəal zəlzələlər baş verən mərkəzi olmuşdur. Çox-çox qədimlərdən bəri qüvvətli zəlzələrin nəticəsində burada tez-tez böyük dağıntılar baş vermişdir ki, bu da həmin ifadənin meydana gəlməsinə səbəb olmuşdur.
1902-ci il fevralın 13-də dağıdıcı zəlzələnin qurbanı olan şəhərə çox böyük ziyan dəymişdi. O zamanlar 27 minə qədər əhalisi olan Şamaxı yerlə yeksan olmuş, şəhər ətrafındakı 30 kənddə də dağıntılar baş vermişdi.
Bu hadisədən sonra ordan köçən ermənilərdə “Şamaxı Lot qövümü kimi cəzasını aldı ermənilərə etdiklərinə görə”. Bu ifadə çox təəssüf ki, içimizdə olan xainlərə görə Azərbaycan SSR-nin ilk xalq yazıçısı adını alan erməni yazıçısı Aleksandr Şirvanzadə tərəfindən ilk dəfə işlədilib və zamanla Şamaxı Lut qövümü Şamaxı lotusu sözünə çevrilibdir.
Bu söz təhqir formasında xalqımıza, Şamaxılılara qarşı ermənilər tərəfindən dilimizə gətirilib və nəticədə bu gün bildi bilmədi bu sözü gen bol istifadə edirlər.