Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb.
News365.az xəbər verir ki, o, bu barədə Hikmət Hacıyev X hesabında paylaşım edib.
"Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var", - H.Hacıyev qeyd edib.