21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama matçını keçirib.
News365.az xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb.
Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.