Memorandumu aşağı səviyyəli insanlar hazırlayıb

Memorandumu aşağı səviyyəli insanlar hazırlayıb
04 İyn 2025 23:45

Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi memorandum “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb.


News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.


Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur. Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur.


“Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb. Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil. Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”, – Zelenski bildirib


Sizin reklam burada
Sizin reklam burada