SON DƏQİQƏ: İş və istirahət günlərinin yeri dəyişdirildi

SON DƏQİQƏ: İş və istirahət günlərinin yeri dəyişdirildi
04 İyn 2025 15:03

Silahlı Qüvvələri günüylə əlaqədar 4 gün iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edir.

Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günü, 21 iyun isə iş günü olacaq.



Sizin reklam burada
Sizin reklam burada