“Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal
edilib. Bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bir kq kərə yağının ölkəyə
idxal qiyməti 11 manat 93 qəpik olub”.
Bunu News365.az-a müsahibəsində iqtisadçı ekspert Natiq Cəfərli
deyib. O bildirib ki, bu ilin ilk 4 ayında ölkə üzrə kəra yağının orta (bir
daha - orta) satış qiyməti 23 manat 59 qəpik olub:
“Yəni, yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır.
Kişinyovdayam, bir az öncə marketlərdə yağ qiymətlərinə baxdım - bizim
pulla 1 kq kərə yağı 12-13 manat arası satılır.
Niyə bu qədər qiymət fərqi var - çox sadə, Moldova ÜTT-nin üzvüdür, bu
sahədə inhisarçılıq yoxdur, yerli istehsalları da az deyil.
Ölkədə bir çox sahələrdə anormal qiymətlərin olması, məhz yerli istehsalın
azlığı, inhisarçılıq və yüksək vergi-gömrük rüsumlarına görədir. Yeri gəlmişkən, Moldovada mal ətinin 1 kilosu
10-12 manat arası dəyişir”.
News365.az