Çinin "Baidu" şirkəti heyvan səslərini insan dilinə çevirən süni intellekt üzərində çalışır.
News365.az xəbər verir ki, Çinin ən böyük axtarış sistemi olan nəhəng texnoloji şirkəti "Baidu" Çinin Milli Əqli Mülkiyyət İdarəsinə heyvan səslərini insan dilinə çevirən bir sistemin patentini almaq üçün müraciət edib.
Sistem heyvanların səs tonları, davranışları və digər fizioloji elementlərlə bağlı müxtəlif məlumatlarını toplayaraq bu məlumatları süni intellekt ilə analiz edib emal edəcək və insanların başa düşdüyü dilə çevirəcək.