Yermak Rubio ilə görüşdü

Yermak Rubio ilə görüşdü
04 İyn 2025 22:15

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.


News365.az xəbər verir ki, bu barədə Yermak Teleqram kanalında yazıb.


O qeyd edib ki, Rubio ilə cəbhədəki vəziyyəti müzakirə edib, həmçinin Ukraynaya dəstəyin gücləndirilməsinin vacibliyindən danışıb.


O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi çağırışını təkrarlayıb.


Qeyd edək ki, Yermak daha öncə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb


Sizin reklam burada
Sizin reklam burada