Ukrayna ilə ən böyük əsir mübadiləsinə hazırıq - Medinski

Ukrayna ilə ən böyük əsir mübadiləsinə hazırıq - Medinski
04 İyn 2025 22:45

İyunun 7-dən 9-dək Ukrayna ilə hərbi əsir mübadiləsinə başlamağa hazırıq.


News365.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.


O qeyd edib ki, iki ölkə arasında ən böyük əsir mübadiləsi baş tutacaq:


“Hər tərəfdən 1200 nəfər olacaq və bu, yenə də hərbi əsirlərin ən böyük mübadiləsi olacaq. Biz buna hazırıq”.


Sizin reklam burada
Sizin reklam burada