Ukraynadan Azərbaycana təşəkkür mesajı: “İki xalq – bir mübarizə, bir gələcək”

Ukraynadan Azərbaycana təşəkkür mesajı: “İki xalq – bir mübarizə, bir gələcək”
04 İyn 2025 17:48

Ukrayna Azərbaycanla həmrəylik nümayiş etdirərək, qardaş ölkəyə təşəkkür mesajı yayımlayıb.

News365.az-ın əldə etdiyi məlumata görə, Mesajda qeyd olunur ki, ən çətin və qaranlıq günlərdə həqiqi dostlar ən parlaq şəkildə görünür və Azərbaycanın Ukraynaya verdiyi dəstək bu çətin dövrdə xüsusi dəyər daşıyır:

“Güclü birlik. Azadlıq birləşdirir. Ən qaranlıq zamanlarda həqiqi dostlar ən parlaq şəkildə görünür. Ukraynanın yanında olduğunuz üçün təşəkkür edirik, Azərbaycan — qəlbdən qəlbə, mədəniyyətdən mədəniyyətə, azadlıq uğrunda bir yerdəyik. Sizin dəstəyinizi hiss edirik. Sizin mərhəmətinizi görürük. İki xalq. Bir mübarizə. Ortaq gələcək.”

Ukraynanın təşəkkür mesajı sosial şəbəkələrdə “#UkraynanınYanındayıq”, “#UkraynaAzərbaycan”, “#BirlikdəGüclüyük”, “#AzadlıqBirləşdirir” həştəqləri ilə paylaşılıb.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsinin ilk günlərindən etibarən Azərbaycan humanitar yardım, enerji dəstəyi və diplomatik səylərlə Ukraynanın yanında olduğunu nümayiş etdirib.

News365.az videonu təqdim edir:


Sizin reklam burada
Sizin reklam burada