Şah İsmayıl deyildiyi kimi yox, olduğu kimi - TƏHLİL

Şah İsmayıl deyildiyi kimi yox, olduğu kimi - TƏHLİL
09:34
23 may Azərbaycan coğrafiyasında Səfəvi imperiyasının qurucusu,Türki-Tacidar Şah İsmayıl Səfəvinin vəfat etdiyi gündür. Şah Babımızı bu günə qədər rahat buraxmayan İran adlanan dövlət, Türkiyədə Osmanlı kafasında yaşayanlar, Rusiya və digər dövlətlər onu nələrdə ittiham edirlər. Bunlardan biri də guya Şah babam şiəlik-farçılıq idealogiyasını yayıb. Buna cavab vermişik dəfələrlə. Yeni bir cavab da hazırdı:
Türkiyənin tanınan alimlərindən biri Prof. Dr. M. Fahrettin Kırzıoğlu “Osmanlıların Kafkas ellerini fethi (1450-1590)” kitabında yazır “Orta əsrlərdə Osmanlı salnaməçiləri və hazırda bəzi Türkiyə tarixçiləri lap əvvəldən I Şah İsmayılın həqiqi məqsədlərini inkar etmək yolunu seçmiş, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki məlumatların tənqidi şəkildə seçilməsi və sistemləşdirilməsinə etinasızlıq göstərir, nəticədə Səfəvi dövlətinin tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar”
Təəssüf ki, bəzi qərəzli tarixçilər heç də həmişə Səfəvi dövlətinin və onun banisi I Şah İsmayılın dövlətçilik xidmətlərini və uğurlarını həqiqi miqyasda göstərməyə cəhd etmirlər, və Şah İsmayıl haqqında çox vaxt təhrif edilmiş obraz “dini fanatik” və ya “romantik şair” mifi yaradılır. Qeyd edilən ölkələrdə, xüsusilə İran və Türkiyədə nəşr olunan istənilən tarix kitabına baxdıqda, pafosdan başqa heç nə görmək mümkün deyil. İstənilən Türkiyə, İran tarixçisi çox gözəl bilir ki, Şah İsmayıl Xətayi türkdür, buna baxmayaraq, yenə də onu İran hökmdarı və fars kimi təqdim edirlər.
Bəli, Şah İsmayıla ədalətslzlik əsrlərdir davam edir. Onu şiə, fars idealogiyasına bağlamağa çalışan güclər 300 illik bir dövrü tarixdə heç bir imzası olmayan farslara pay verirlər. Paytxatın Təbriz olmasını bəhanə gətirən bu cəhalət insanları başa düşmürlər ki, 1828-ci il, Azərbaycan iki yerə parçalanan Türkmənçaya qədər vahid bir coğrafiya olan ərazinin baş şəhəri idi. Biz Şah İsmayıla sahib çıxmaqla 300 illk tariximizə sahib çıxırıq, Azərbaycan coğrafiyasına sahib çıxırıq, milli kimliyimizə sahib çıxırıq
Qələminə güvəndiyim tarixçi Əkbər Nəcəf də haqlı olaraq yazır ki, “İndi bir çox həvəskar tarixçi Səfəvi şiəliyini "Fars Şiə"liyi adlandırırlar. Amma bu həvəskar tarixçilər unudurlar ki, həm "Fars", həm də "İran" adları Pəhləvi rejimi dövründə (1925-1979) formalaşdırılıb. İngilis dəstəkli Rıza Şaha milli bir ideologiya lazım idi. Üstəlik bu ideologiyanı özü yox, ingilis casusu olan Hindistandakı parsi əsilli Ərdəşir Reporter formalaşdırdı. XX əsrdə formalaşan siyasi-şiəliyin və panfarsizmin köklərini tapmaq istəyənlər üzlərini İrana deyil, İngiltərə-Hindistanına çevirməlidirlər.”
Bir faktı xatrıladım ki, I Şah İsmayıl və I Şah Abbas dövrü - Türk Səfəvilər dövrü adlanır. Şah Abbas dövrü və sonrası - Fars Səfəvilər. Çünki zamanla kiçik işlərdə olan farslar varlı məmurlara çevrililər və Şah Abbas sarayında onların pulları Turklərin uzaqlaşdırmağa xidmət etdi.
I Şah Abbasla başladılan fars islahatlar Qızılbaş əmirlərinin hakim mövqelərdən sıxışdırılıb çıxarılması və mərkəzi təşkilatın İsfahana daşınması qızılbaş boylarının nəzarətdən uzaq qalmalarına səbəb olmuşdu. Hakimiyyətdən uzaq tutulmalarına baxmayaraq Səfəvidən sonrakı dövlətlərin meydana çıxmasında təkrar türk boylarının - Əfşarların və Qacarların bir daha sübut etdi ki, regionda və hakimiyyətə Turk soyları olmasa dövlət uçruma doğru gedə bilər.
Pəhləvi və Mollalar dövründə İran İslam ümmətinin Əhli-beytə məhəbbəti olan hissəsinin dini duyğularını təhrif edərək bundan öz çirkin siyasi məqsədləri üçün istifadə etmişdir və etməkdədir.Bu ona həm siyasi həm də maddi qazanc gətirir. Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib.
İran İslam Respublikasının 1-ci Ali Rəhbəri Ruhullah Mustafavi Musəvi Xomeyni gənc yaşlarından Britaniya-Şotland masson lojasının üzvü olub. Onun 33-cü dərəcədə Baş Hakim Böyük Müfəttiş olduğu da bəllidir və onun Masson lojası ilə ilk tanışlığı Türkiyədə Bursa Çekirgedə sürgün həyatı yaşadığı zaman olub. Bu gün İrandan ixrac edilən Xomeynilik şiəlik deyil.
Bunu hər kəs bilməlidir. İran rejiminin bu davranışları islam dəyərlərinə tamamilə ziddir. Bu gün İran öz çirkin əməlləri ilə islamı, şiəliyi də gözdən salır.
Bu gün İranın bu siyasətindən ən çox elə şiələr əziyyət çəkir.
İnanın mənə Xomeynlik türk-fars münasibətlərinin gərginləşməsinə səbəb yaradan siyasətdir.
Bu gün Arazın o tayında hətta farsların özləri də türklər kimi Xomeynilik qurbanına çevrilib.
İranın, daha doğrusu Xomeyninin 1980-ci illərdən yaratdığı xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur, bütün məsələ İranın imperiya maraqlarıdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.
Sizə məlumat üçün deyim ki, Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir və bundan sonra Xomeyni Həzrət Əli, qətl edilən oğlu isə İmam Hüseyn obrazında xalqa təbliğ edilməyə başlandı. Amma çox az adam bilir ki, hakimiyyət üçün məhz öz oğlunun qətlinə fərman verən elə Xomeyninin özü idi. O Əhli Beyt məktəbini məhv edib yerində Xomeynilik idealogiyası yaratmağa başladı. O özünün “Əhli Beyt” məktəbini yaratdı. Həzrət Əli obrazında özü, İmam Hüseyn obrazında isə oğlu Mustafa. Bu gündə onun ailəsi İranı idarə edir.
Sizcə bu ŞİƏLİKDİR?
Bu məsələdə digər maraqlı tərəf Rusiyadır. Rus çarı Pyotrun 12 bəndlik saxta vəsiyyatnaməsi adı altında hədəfləri Sünni-Şiə məsələsini gündəmdə saxlayaraq bir millətin bir birləri ilə düşmən olmasına nail olmaq idi. Və maraqlıdır ki, "vəsiyyatnamə " deyilən saxta sənədin ilk versiyasına Osmanlı-Səfəvi qarışdurması yazılmışdır. İran adı əsla orda 1828-ə qədər olmayıb. Osmanlı ilə Səfəvi dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla pozmaq deyəndə də süni-şiə məsələsin ortaya atan Rus ideoloqları Osmanlını Avropadan ayırmaq üçün bu saxta sənədi ortaya atdılar...
Əsas hədəf isə....Səfəvi-Osmanlı, Azərbaycan Türkiyə yaxınlaşmasının qarşısın alaraq, birlik. Turan kimi ideyaların məhv olunmasıdı.
Şahı şiəlik yaymaqda ittiham edənlərədir sözüm, bolşeviklər sosialist ideologiyasından istifadı edib Rus imperiyasını bərpa etdilər. Amerikalılar demokratiya ideyası altında bütün dünyaya hakim olmaq istəyir, Azərbaycan multuklutralizm ideyası ilə ölkədə yaşayan bütün xalqları bir etmək niyyətindədir, Türkiyə neo-osmançı ideyası ilə yenidən keçmiş qüdrətini bərpa etmək istəyir. Tarixə nəzər salaq Vatikan Avropa dövlətlərini bir arada saxlamaq üçün “xaç yürüşləri” idealogiyasını qurmuşdu. Hər dövrdə millətibir arada saxlamaq üçün ideyalar lazım olur. O dövr üçün də bu ideya əsas xətt idi. Məgər Şah Sünni ideyası adı altında milləti birləşdirsəydi daha yaxşı “oğlan” olacaqdı bəyəm?
O dövrdə Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir.
İ.P.Petruşevski yazır ki, “Belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı” (И.П.Петрушевский. Азербайджан в XVI-XVII вв., стр.288).
Bu gün heç bir Avropa milləti demir ki, niyə Roma imperiyası iki məzhəblə parçalındı - katoliklər və ortodoksiya (pravoslavlıq ) yarandı ? Hələ üstəlik bu azmış protestantlıq da araya gəldi. Xristian aləminin tən ortasında 3 iri məzhəb yarandı və bu parçalanma onların inkişafına heç mane olmur. Bəs bizə niyə sünnilik və şiəlik guya "mane olurmuş" ?
Şahı Avropa ilə əməkdaşlıq etməkdə ittiham edənlərədir sözüm. Siyasətdə heç vaxt dost və qardaş olmur. Yalnız, maraqları üst - üstə düşən əməkdaşlıq var. Tarixi və siyasi şərait tələb edəndə hamı özünə uyğun siyasi və hərbi partnyor seçib və seçir . Axmaq olmayan Osmanlı sultanları hətta potensial taxtı taca vərəsə ola bilən öz yaxın qohumlarını qətlə yetiridilər , qaldı hansısa digər türk tayfalarını.
Son olaraq qeyd edim ki, indi “şiəçilik” məsələsini Azərbaycan türkləri və İran farsları öz bildikləri kimi yozurlar. Bununla da, Səfəvilərin şiəçilik ideologiyasını İrana bağlamağa cəhd edirlər.
Bu isə Azərbaycanın o dövr tarixi şəraiti və dini idealogiyasını anlamamaqdan irəli gəlir. Son olaraq qeyd edim ki, Azərbaycanda əsla əsla sovetlər gələnə qədər və müstəqillik ilində olduğu kimi məhzəb söhbəti olmayıb. Sünni və şiələr arasında Cümhuriyyət dağılıb rus işğalı baş verən zamana qədər heç kim bilməyib ki, kim kimdir.

Zaur Əliyev, tarixçi alim

Sizin reklam burada
Sizin reklam burada