“Şamaxı” “Araz-Naxçıvan”a qalib gəldi

“Şamaxı” “Araz-Naxçıvan”a qalib gəldi
21:18

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

News365.az xəbər verir ki, “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.

Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra “Şamaxı” 9 xalla 6-cı sıraya yüksəlib. “Araz-Naxçıvan” isə 2 xalla 11-ci pilləni tutur.

Tura bu gün saat 19:00-da start götürəcək “Kəpəz” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.


Sizin reklam burada
Sizin reklam burada