"Neftçi" Premyer Liqada liderliyə yüksəldi

"Neftçi" Premyer Liqada liderliyə yüksəldi
17:17

"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib.

 Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar.

"Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər. Ev sahiblərinin heyətində isə Abdullahi Şuaybu (24) və Ayman Bouali (64) adlarını tabloya yazdırıblar.

Xallarının sayını 21-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. "Şamaxı" isə 13 xalla yeddincidir.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.10:00

Misli Premyer Liqasının 10-cu turunda bu gün daha 2 matç keçiriləcək.

Günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.

Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.

Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.

"Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.

Misli Premyer Liqası

I dövrə, X tur

1 noyabr

15:00. "Şamaxı" - "Neftçi"

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Şamaxı şəhər stadionu.

17:30. "Kəpəz" - "İmişli"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Kərim Zeynalov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Gəncə şəhər stadionu.

Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.


Sizin reklam burada
Sizin reklam burada