Sabah Londonda Böyük Britaniya və Fransanın həmsədrliyi və NATO-nun baş katibinin iştirakı ilə “İstəklilər koalisiyası”nın görüşü baş tutacaq.
News365.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"NATO-nun baş katibi Mark Rutte oktyabrın 24-də Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makronun sədrliyi ilə "İstəklilər koalisiyası"nın iclasında iştirak etmək üçün Londona gedəcək", - məlumatda deyilir.
Məlumata görə koalisiya Londonda keçirilən görüşdə Kiyevə yardım üçün Ukraynadakı münaqişənin həllinə dair 12 bəndlik planı müzakirə etməyi planlaşdırır.