Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq səfərlərini davam etdirir. Dövlət başçısı bu gün əvvəlcə Danimarkaya yollanacaq, daha sonra isə Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
News365.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kopenhagendə keçiriləcək Ukrayna – Şimali Avropa və Baltik ölkələri sammitində əsas müzakirə mövzusu Rusiyaya qarşı növbəti addımlar və regional təhlükəsizlik məsələləri olacaq.
Paris görüşündə isə diqqət hərbi-siyasi əməkdaşlığın genişləndirilməsinə və müttəfiqlərin səylərinin koordinasiyasına yönələcək.
Bundan əlavə, sentyabrın 4-də Zelenskinin “İstəklilər koalisiyası”nın iclasında iştirak edəcəyi planlaşdırılır. Toplantıda Rusiyaya təzyiqlərin gücləndirilməsi və Qərb dövlətləri ilə yeni təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur.
News365.az