Rusiyanın ən böyük neft terminalından biri vuruldu

Rusiyanın ən böyük neft terminalından biri vuruldu
23 Mar 2026 12:12

Ukrayna dronları Leninqrad vilayətindəki Primorsk limanına hücum edib.

News365.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Rusiyanın ən böyük neft ixrac terminallarından biri vurulub. Dronlar yanacaq çəninə dəyib.

Qeyd edək ki, Primorsk limanı Finlandiya körfəzinin şərqində yerləşən Rusiyanın ən böyük neft ixrac terminallarından biridir. İllik gücü 75 milyon tona qədərdir.


Sizin reklam burada
Sizin reklam burada