Yanvar-avqust aylarında Rusiya Braziliyadan 269 milyon dollar dəyərində ət idxal edib.
Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Braziliya statistika xidmətinə istinad edərək yazıblar ki, əslində bu fantastik rəqmələr sayılır. İllik ifadədə tədarüklər səkkiz ayda 1,5 dəfə artıb. İdxalın əsas payını iribuynuzlu mal əti tutub.
Məlum dövr ərzində Rusiya Federasiyası Braziliyadan alışı illik müqayisədə 40% artıraraq 169 milyon dollara çatdırıb. Yanvar-avqust aylarında heyvan mənşəli məhsulların idxalı iki dəfə artıb və 22 milyon dollar təşkil edib.
Tural