Bu həftə Dövlət Duması miqrantların deportasiyasının əhatə dairəsinin daha da genişləndiirlməsi istiqamətində qanunvericiliyə dəyişikliklər ediləcək.
Bununla da deportasiya ilə bağlı inzibati xətanın satyı 22-dən 45-ə çatdırılacaq.
News365.az xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat verib. Onun sözlərinə görə, əvvəlcə 43 maddəyə dəyişiklik nəzərdə tutulurdusa, sonradan ayrı-seçkilik və dövlət sərhədində hərbi qulluqçunun əmrinə tabe olmama hallarıilə bağlı inzibatı cəza tədbiri ilə bağlı təkliflər daxil olub.
Vyaçeslav Volodin qeyd edib ki, bu, ölkəmizdə ictimai təhlükəsizliyin yaxşılaşdırılmasına və miqrasiya sahəsində qayda-qanunun yaradılmasına töhfə verəcək.
O eyni zamanda əlavə edib ki, Dövlət Duması bu həftə əmək miqrasiyası ilə bağlı təşəbbüslərə baxacaq. Dəyişikliklərdən sonra Rusiyada miqrantlarla bağlı daha ciddi qaydalar tətəbiq olunacaq və bu qaydalra əməl etməyənlər ölkədən çıxarılacaq.
Hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən, əcnəbinin Rusiyadan deportasiyası inzibati xətaya görə mümkün cəzalardan biridir. Düzəlişlər müəyyən inzibati xətalara görə cəriməyə əlavə olaraq məcburi əlavə cəza tətbiq edir.