Martın əvvəlində Rusiyanın Krasnodar vilayətinin Qara dəniz sahillərində ölən delfinlərin sayı artıb. Təkcə ayın ilk həftəsində 20-dən çox ölü delfin aşkar edilib. Bu barədə "Delfa” su məməlilərinin xilas edilməsi üzrə elmi-ekoloji mərkəzin Telegram kanalında məlumat verilib. Qeyd edilib ki, fevral ayında isə 25 heyvan leşi tapılıb.
Qara dənizdə martdan iyun ayına qədər davam edən balinakjmilərin özlərini sahilə atması mövsümü başlayıb. Bu, xüsusilə qışdan sonra heyvanların immunitetinin zəifləməsi ilə əlaqələndirilir.
Tural