Suriyanın Ələvi icmasının liderləri İsrailin baş naziri Benyamin Netanyahuya və digər İsrail rəsmilərinə məktub göndəriblər. Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilib ki, ələvilər İsraildən onları Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən xilas etməyi xahiş ediblər.
Xatırladaq ki, ötən həftə Suriyanın Latakiya və Tartus əyalətlərində təhlükəsizlik qüvvələri ilə Dəməşqdə yeni hökumətə müxalif silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son günlər ölkənin sahilyanı ərazilərində Ələvi azlığından olan 830 mülki şəxs öldürülüb. Öz növbəsində Suriya Müdafiə Nazirliyi yeni hakimiyyətin əleyhdarları ilə döyüşlərdə 231 təhlükəsizlik qüvvələri zabitinin həlak olduğunu açıqlayıb.
Tural