"Mən onların xoş olmayan niyyətlərini yalnız onların xislətlərinə və ənənəvi ritorikalarına bağlaya bilərik."
Politoloq Züriyə Qarayeva bunu News365.az-a açıqlamasında deyib.
"Çünki bu gün, təbii ki, Azərbaycan və Ermənistan mühitində, sülh quruculuğu prosesinin qarşısındakı əsas maneələr məhz qarşı tərəfin formalaşdırdığı əngəllərdən irəli gəlir və qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərdən, daha doğrusu, yerinə yetirməli olduğu öhdəliklərdən yayınma spektrini biz eyni zamanda əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin taleyi ilə bağlı da müşahidə edə bilərik. Necə ki, minalanmış ərazilərlə bağlı terror hadisələrində bunu gördük. Necə ki, minalanmış ərazilərin xəritələrini dəfələrlə bizə təqdim etməkdən imtina etdilər və ya Azərbaycan Prezidentinin qətiyyəti nəticəsində müəyyən xəritələri təqdim etdilər, lakin yenə də öz niyyətlərini bu xəritələrdə belə gizlədə bilmədilər. Onların böyük bir hissəsi yanlış informasiyalarla zəngin idi. Və təəssüf ki, eyni siyasəti, eyni ritorikanı biz əsirlərə qarşı olan münasibətdə də görürük.
Təbii ki, Birinci Qarabağ müharibəsində bir çox istiqamətlərdə müharibə cinayətlərinin, hərbi cinayətlərin həyata keçirilməsinin, bir sıra humanitar hüquq prinsiplərinin kökündən pozulmasının şahidi olmuşuq. Müharibə zonasında baş verən hadisələr, eləcə də müharibə zonası xaricində baş verənlər – biz bunun yaxın tarixdə, İkinci Qarabağ müharibəsində də şahidi olduq.
Və təbii ki, bu istiqamətdə Azərbaycan dövləti olduqca ciddi addımlar atmağa başladı."