BMT rəsmiləri qırğınlara görə Suriyaya gəldilər

BMT rəsmiləri qırğınlara görə Suriyaya gəldilər
15:15

BMT nümayəndə heyəti Suriyanın qərbinə, Suriya təhlükəsizlik qüvvələri ilə ölkənin keçmiş prezidenti Bəşər Əsəd tərəfdarları arasında genişmiqyaslı toqquşmaların baş verdiyi Latakiya və Tartus əyalətlərinə səfər edib. 

Bu barədə Suriyanın “Al Vatan” qəzeti təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, qlobal təşkilatın əməkdaşları devrilmiş rejimin "qalıqları"nın hücumlarından sonra baş vermiş toqquşmaları araşdırmaq üçün toqquşmaların olduğu bölgələrə gəliblər. 


Bundan öncə Suriyanın Ələvi icmasının liderləri İsrailin baş naziri Benyamin Netanyahuya və digər İsrail rəsmilərinə məktub göndəriblər. Qeyd edilib ki, ələvilər İsraildən onları Suriyanın yeni hakimiyyət orqanlarının təqiblərindən xilas etməyi xahiş ediblər. 

Xatırladaq ki, ötən həftə Suriyanın Latakiya və Tartus əyalətlərində təhlükəsizlik qüvvələri ilə Dəməşqdə yeni hökumətə müxalif silahlı qruplar arasında şiddətli toqquşmalar baş verib. 

Suriya İnsan Haqları Müşahidə Qrupunun (SOHR) məlumatına görə, son günlər ölkənin sahilyanı ərazilərində Ələvi azlığından olan 830 mülki şəxs öldürülüb.  Öz növbəsində Suriya Müdafiə Nazirliyi yeni hakimiyyətin əleyhdarları ilə döyüşlərdə 231 təhlükəsizlik qüvvələri zabitinin həlak olduğunu açıqlayıb.

Tural



Sizin reklam burada
Sizin reklam burada