İdeoloji əsası Sasani qalıqlarından yaranmış fars batini şüubiyyə təşkilatı tərəfindən qoyulmuş, tarix boyu "Səbəi, Rafizi, Ğulat, Əliallahi, Ələvi, Xəttabi, İsmaili, Batini, Xaşxaşi, Qərməti, Fatimi, Nuseyri, Druz, Xürrəmi, Hürufi", müasir formada isə "Hüseyniyyun, Fatimiyyun, Sepah, Həşd Şəbi" və başqa adlarla fəaliyyət göstərən təsisatlar yalnız İslam dinini məhv etmək, müsəlmanları parçalayıb daxildən yıxmaq amalı ilə, ən azı Sasani imperiyasının ideoloji sərhədlərini
bərpa etmək üçün fəaliyyətdə olub.
Səbəilər Sasanilər zamanında Yəmənə köçmüş yəhudi-fars kökənli Abdullah bin Səbanın başçılıq etdiyi qurum idi. İslam əqidəsini məhv etmək üçün İmam Əliyə tanrılıq isnad etdilər. "Ricət" inancını, tənasüxü gətirdilər. Misir, Bəsrə və digər bölgələrdə təşkilatlanıb Əhli Beytin adını istismar edərək o adla üstünlük, imtiyaz əldə etdilər və xəlifə Osmanın öldürülməsi ilə nəticələnən üsyanı körüklədilər. Sonra İmam Əli xəlifə seçilərkən onun ətrafına toplaşdılar, İmam Əli bəzi məlumatlara görə onları diri-diri yandırmaq istədi yaxud yandırdı. Hətta bəzi məlumatlara görə yandırılarkən onlar səs edərək Əlinin Allah olduğuna daha dəqiq inandıqlarını ifadə edirdilər. Deyirdilər, yandırmaq yalnız Allaha xasdır, sən bizi yandırdınsa demək yanılmamışıq, sən həqiqətən Tanrıymışsan. Hətta bu zaman İmam Əlinin əmisi oğlu, böyük alim olan Abdullah bin Abbas İmam Əliyə irad bidirərək, onları gərək belə cəzalandırmayaydın, deyir. İmam isə ibn Abbası tənqid edərək, haqlı olduğunu vurğulayır...
Qaçıb Şam dağlarına sığınan Abdullah bin Səbəin qəbri hazırda Suruyanın Ləzkiyyə vilayətindədir. Bu günki Ələvi adlandırılan cərəyanın mənsublarının fikir və soy babasıdır.
Bunların bir qismi sonra İmam Əliyə də xəyanət edib onun qoşunundan xaric olub sonra onun özünü də şəhid edən Xaricilərə qarışdılar.
Daha sonra İmam Həsəni də satdılar və xəyanət etdilər, xəzinəsini oğurladılar, üstündə oturduğu xalçanı belə altından çəkib apardılar. Hətta özünü də öldürmək istədilər, ayağından yaralandı. Onların xəyanəti səbəbi ilə xilafəti Müaviyyə Əbu Süfyan oğluna təhvil verib Mədinəyə çəkildi. Onlardan olan, hətta İmam Əlinin zamanında Azərbaycan valisi olmuş Əşəs bin Qeysin qızı İmam Həsənin arvadı idi. Məlumata görə Müaviyyənin sifarişi ilə İmamı zəhərləyib şəhid etdilər. Bu belə...
Sonra yenə dincəlmədilər. Kufədən İmam Hüseynə çoxsaylı məktublar yazıb çağırdılar. Sonra qələmi yerə qoyub qılınc götürdülər. Yezid tərəfə keçib İmam Hüseyn də başda olmaqla Əhli Beyti qanına qəltan etdilər. Beləcə İslam aləmini qana çalxayaraq Sasani imperiyasının dağılmasının qisasını alırdılar. Xilafəti dağıtmaq gücündə olmadıqlarını bilirdilər, ona görə xilafətin ideoloji əsaslarını, İslam əqidəsini zay etməyi, təhrif edib haçalamağı məqsəd qoydular. Əhli Beytin obrazını şüar edərək qədim fars inanclarından ibarət ideologiya qurdular.
Muxtar Səqəfi adlı bir nəfər peyda oldu ki, İmam Hüseynin qisasını alsın. İndi də onun ətrafında toplaşdılar. Mədinəyə, İmam Hüseynin sağ qalan oğlu İmam Zeynəlabidinə məktublar yazaraq indi də onu oyunlara qatmaq istədilər. O, işin mahiyyətini anlayıb məktublara heç bir reaksiya vermədi. Axırda İmam Əlinin oğlu Məhəmməd Hənəfiyyəni özlərinə lider qərar verib Keysaniyyə əqidəsini formalaşdırdılar ki, guya o Mehdidir. Muxtar onların xarab niyyətdə olduqlarını bilirdi, sadəcə İmam Hüseynin qisasını almaq üçün onların da gücündən istifadə etmək istəyirdi, etdi də. Qatilləri tapıb hamısını doğradı, qaynatdı, şaqqalatdı. Xurafatçı camaatı savaşa cəlb etmək üçün yağ satanlardan bir köhnə kürsü tapıb qoşunun qabağında aparırdı və deyirdi ki, bu kürsü İmam Əlinin üstündə əhaliyə pay böldüyü kürsüdür. Nə qədər ki, bu bizim qoşunun önündədir, qalib gələcəyik. Bu kürsü Həzrət Musanın səkinə sandığı kimidir. Lakin arada məğlub olanda da camaat şəkk etməsin deyə deyirdi ki, Allah mövqeyini dəyişdi. Sonralar bu inanc "bəda" inancı olaraq formalaşacaqdı. İddialara görə İmam Cəfər Sadiqin özündən sonra yerinə İmam olaraq vəsiyyət etdiyi böyük oğlu İsmail, İmam Cəfərin sağlığında vəfat etdikdə bu inanc işə yarayacaqdı. Dedilər, Allah fikrini dəyişdi, daha İsmail öldü, o zaman İmam Sadiqin yerinə digər oğlu Musa əl Kazim İmam olacaq.
Muxtarın özünü də səhabə Zübeyrin oğlu Abdullahın qardaşı öldürdü və onun üsyanı yatırıldı.
Şüubiyyə yenə dincəlmədi. Bu dəfə də dedilər yox, İmam Əlinin oğlu Muhəmməd Hənəfiyyə Məkkədə qeybə çəkilib, o Mehdidir və qayıdacaq. "Ricət" yəni, təzədən dünyaya qayıdış inancını işə saldılar.
Sonra İmam Hüseynin nəvəsi, böyük fəqih - alim İmam Zeydi təhrik etdilər. Xəlifə ilə üz-üzə qoyub arasını pozdular, sonra da eynən babası Hüseyn kimi Kufəyə çağırıb guya beyət etdilər. Üsyan başlayanda dərhal xəlifənin tərəfinə keçib Zeydi satmaq üçün bəhanə axtarmağa başladılar. Nəhayət həlledici məqamda Zeyddən ilk İslam xəlifələri Əbu Bəkr və Ömər barədə nə fikirdə olduğunu soruşdular. Zeyd də ata-babalarından o iki şəxs haqda yalnız yaxşı sözlər eşitdiyini söylədi. Bunu eşidən kimi gördülər yox, daxili düşmənçilik, parçalanma baş tutmayacaq, necə yəni Sasani imperiyasını tarimar edən Ömər barədə Zeyd müsbət fikrindədir? Və ondan ayrıldılar. İmam Zeyd ilk dəfə onlar barədə "rafaztumuni" (bizi tərk etdilər) sözünü işlətdi ki, "rafizi" termini buradan yarandı. Nəticədə xəyanətə uğrayıb yalqız qalan Zeyd azsaylı tərəfdarları ilə Kufədə şəhadətə yetişdi.
Daha sonra dedilər yox, İmam Cəfərin oğlu İsmayıl ölməyib, o da qeybə çəkilib, qayıdacaq. Beləcə İsmaili cərəyanı yarandı. Məxfi və tam batini olaraq təşkilatlandılar. Xilafətə qarşı üsyanlar, terror aklarına davam etdilər. İsmaililərdən Qərmətilər yarandı, Məkkəni tutub hacıları doğrayıb Zəmzəm quyusuna doldurdular. Qara Daşı ortadan ikiyə parçalayıb Bəhreynə aparıb başçılarının sarayında pilləkənə ayaq altına döşədilər.
Sonra Xaşxaşilər yarandı, indiki İranda Ələmut qalasında fədailər yetişdirib Səlcuqlulara, Əyyubilərə qarşı terror həyata keçirməyə başladılar. Hətta Səlahəddin Əyyubini az qaldı ki, öldürələr. Səlcuqlu sultanlarına sui-qəsdlər etdilər, məşhur vəzir Nizamülmülkü öldürdülər. Sonralar Nizami Gəncəviyə qarşı da sui-qəsd təşkil etdilər, lakin baş tutmadı.
Bir qrup da Misirdə Fatimilər dövlətini qurdu. Başa, Sasanilər yıxılanda Livana, Suriyaya yerləşmiş erməniləri keçirdilər. Dövləti əsasən ermənilər idarə edirdi. Erməni vəzir Bədr əl Camal və sonra yerinə vəzir olan oğlu Əfdal zamanda İslam əqidəsinə tam zidd olan batini sistemini təkmilləşdirdilər. Əl Əzhər universitetini də bu məqsədlə qurdular.
Qüdsü müsəlmanlardan alıb səlibçilərə təhvil verdilər. Onlar da bütün əhalini qılıncdan keçirdi. Nəhayət Səlahəddin Əyyubi siyasi manevr edib Fatimiləri devirdi və müsəlmanları birləşdirib Qüdsü yenidən azad etdi, dinlərin mənsublarına toxunmadı.
Lakin Fatimi xəlifəsi Hakimin fars vəziri Həmzə, gecə gəzintisi zamanı Müqəddəm dağında canavar parçalamış xəlifənin guya Tanrı olduğunu və qeybə çəkildiyini elan etdi. Özünü də onun göndərdiyi peyğəmbər qərar verdi. Kitablar yazdı. Sonra Məhəmməd Dərazi adlı birisi inancı daha da dərinəşdirdi, nəhayət indiki Druzlar yarandı. Suriya, İsrail, Fələstin, Livanda hazırda qərar tutan Druzlar həmin Fatimi xəlifəsi Hakim bi Əmrillahın fars - şüubi vəziri Həmzənin törəmələridir.
Abbasi xəlifəsi Müstənsirbillah zamanında saraya soxulmağı bacaran, əslən Qum şəhərindən olan gizli şüubi vəzir İbn Əlqəmi monqollara məxfi məktub yazaraq Bəşşar Əsəd qaçanda kordinatları İsrailə verdiyi kimi, xilafətin planlarını onlara bildirdi və monqollar müsəlman soyqırımı törədərək xilafəti məhv etdilər, Bağdadın altını üstünə çevirib bütün kitabxanaları, məscidləri yandırdılar.
Bu qruplar haçan xilafətə, İslam ümmətinə qarşı xarici təcavüz, təhlükə yaranırdısa dərhal düşmənlə ittifaqa girirdilər. Əhli Beyt İmamları bu qrupların, onların adından sui-istifadə etdiklərini, onları da təhlükəyə atdıqlarını bilirdilər. Ona görə də İmamlar həmişə bu qrupları lənətləyib. Amma nə fayda? İmamların adına minlərlə hədis, rəvayət uydurub onların adına yüzlərlə təriqət, məzhəb qurdular, hətta terror təşkilatları təsis etdilər ki, bu günə qədər gəlib çıxdı.
Xürrəmilər də İslama qarşı, xilafətə qarşı fars şüubiyyəsinin qolu olaraq hərəkətə keçmişdilər. O dövrdə xəlifə Məmun və Mötəsim idi. Elmə, fəlsəfəyə, tibbə ait kitablar yunan, hind, fars dilindən tərcümə olunur, elm inkişaf edir, yeni mütəfəkkirlər, filosoflar yetişirdi. Savaşçı olduqları üçün Orta Asiyadan gətirilmiş türklər təşkilatlanıb xilafətin aparıcı gücünə çevrilmişdi. Hətta elə zamanlar olub ki, xəlifəni dəyişmək iqtidarına sahib olublar. Bütün ordu başçıları, komandanlar türklər idi. Babəklə savaşan Böyük Buğa, Kiçik Buğa, Afşin və başqaları təmiz türklər idilər. Babək əslində Abbasi xilafətini de-fakto idarə edən türklərə qarşı savaşan fars şüubiyyəsinin aləti idi. İdeologiyası, dini, əqidəsi, tamamilə fars şüubiyyəsinin silsiləvi məhsulu idi.
Səfəvilərin baş ideoloqu müctəhid Kərəki, Şah İsmayılı 13 yaşında şah edib pərdə arxasından idarə edən Şəmsəddin Lahici kimi fiqurların sayəsində öncə müsəlmanların, sonra da türklərin arasında ideoloji sərhədlər, uçurumlar, yarğanlar yaradıldı. Əsasən türklərin və Türk dövlətlərinin hakim olduğu coğrafiyada fars lider hakimiyyətə gələ bilməzdi, farslar mütləq başa bir türk yaxud türk kimliyi ilə tanınmış sima qoymalı idilər. Etdilər də. Səfəvilər də eyni silsilə ilə öncə müsəlmanlara qarşı, sonra da türklərə qarşı ilk genosidi icra etməyə başladılar. Təbrizdə, Ərdəbildə, Bakıda, Şirvanda "məzhəb uğrunda" törədilən qırğınlar əslində fars şüubiyyəsinin intiqamı idi.
Nəhayət 2-ci İsmayıl bu ideologiyanı anlayıb dəyişmək istədi, dərhal öldürdülər. Sonra Nadir şah məzhəbçilik pərdəsi altında aparılan anti - İslam, anti - türk şüubiyyə ideolojisini dağıdıb yeni ideolojiyə keçmək istədi, hətta buna ciddi - cəhdlər etdi, lakin onu da öldürdülər.
Bəşşar Əsəd bir çıxışında Ərdoğana qarşı deyir ki, əgər o, Sultan Səlimdirsə mən də Şah İsmayılam. Hazırki İran rejiminin bütün quruluş sistemi eynən Şəms Lahicinin, Kərəkinin vaxtilə qurub 13 yaşlı İsmayılı başa keçirdiyi Səfəvilər dövlətinin sistemidir. Əbəs yerə Şah İsmayılı İranda "Məfaxiri İran" (İranın fəxri) elan etməyiblər ki...
İndiki İranı necə əsas dini - ideoloji lider idarə edirsə, Səfəvilərdə də elə idi. Hətta Təhmasib zamanında Kərəki özünü "xatəmul müctəhidin", İmam Mehdinin naibi alan etmişdi. Dövlətin əsl sahibinin İmam Mehdi, o da qeybdə olduğu üçün onun əvəzinə özünün olduğunu təsdiq etmişdi. Səfəvi şahlarının funksiyası İranın indiki prezidentlərinin səlahiyyətlərini keçmirdi. Dövləti gizli fars şüubiyyəsi pərdə arxasından idarə edirdi. 2 - ci İsmayıl və Nadir şah bu pərdəni cırmaq istədi, ikisini də aradan götürdülər.
Dövrün Avropa ölkələri kralları əbəs yerə Səfəviləri hörmətlə anmırlar ki, haçan Osmanlı üstümüzə gəlmək istəyəndə onların başını məhz Səfəvilər qatırdı.
Suriya Druzları Osmanlıya xəyanət etdilər. Suriyanı işğal edərək Səlahəddin Əyyubinin qəbrini təpikləyib qisasımızı aldıq deyən Fransız generallarını alqışlayan, Suriyanın Fransa mandatına amin deyənlər də Nüseyrilər və Druzlar idi.
Hazırki İran rejimi qurulmamış, inqilabın əsl öndəri olan Təbriz əsilli Ayətullah Şəriətmədari şüubiyyə ideolojisindən kənar, İslama dayanan sistem qurmağı tələb etdiyinə görə həbs edilib məhv edildi. Hətta fars olsa da bu sistemin içindən etiraz edən ayətullah Müntəziri sıradan çıxarıldı. Şüubiyyə ideolojisinə qarşı çıxan Ayətullah Burqui terror edildi, sağ qalsa da işgəncələr altında canını tapşırdı...
Hafiz Əsəd də Nuseyri - Ələvi idi. İraq - İran savaşında İranı dəstəklədi, ərəb dövlətləri haçan birləşib Fələstin problemini həll etmək istədisə Əsəd dərhal onlara xəyanət etdi.
İraqda dini-siyasi, ideoloji liderliyi əvvəlcə Azərbaycan əsilli Əbülqasim Xoyidən, sonra da ərəb əsilli Sədr ailəsindən alıb ələ keçirən farslar İran əsilli Sistanini başa keçirdilər. ABŞ İraqı işğal edəndə Sistani dirənişin haram olması ilə bağlı fətva verib Pentaqondan 12 milyon dollar alıb Küveyt sərhəddinin açılmasını tövsiyyə etdi. Özü də Britaniyada müalicə olunur, ABŞ-ın təşkil etdiyi mühafizə ilə qorunur. Hazırda da Suriyanın qanuni hökumətinə qarşı qalxmış üsyançıları və terrorçuları dəstəklədiyi haqda fətva verdiyi qeyd olunur.
Bəşşar Əsəd hətta qaçdığı saatlarda ölkənin strateji kordinatlarını İsrailə satdı. Qeyd edim ki, Əsəd ailəsi ərəb deyil, əslən İran mənşəlidir və dinləri də İslam deyil.
Hazırda Suriyada müsəlman hakimiyyətinə qarşı üsyana qalxan, İsrailə qucaq açıb onlara birləşmək istəyini elan edən, İranı çağıranlar da məhz Druzlar, Ələvilər və Nüseyrilərdir.
Tarix təkrar olunur...
(davamı olacaq.)
Tural İrfan, ilahiyyatçı yazar