Bayramqabağı bu məhsullar BAHALAŞACAQ

Bayramqabağı bu məhsullar BAHALAŞACAQ
16:40

“İnhisarçı iqtisadiyyatda hansı malın dövriyyəsi və satışı artsa, həmçinin hansı mala tələbat yüksəlsə, inhisarçı sahibkarlar dərhal həmin məhsulun qiymətini artırırlar ki, daha çox qazansınlar.

Rəqabət və rəqib qorxusu olmadığı üçün, onlar alternativsiz bazarda qiymətləri yüksəldərək gəlirlərini artırırlar”.   

Bunu News365.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, bu səbəbdən bayram ərəfəsində hansı məhsulların satışı artsa, həmin məhsulların qiymətləri artacaq:   

“Artıq bu günlərdə, məsələn, çərəzin qiyməti artmağa başlayıb. Düyünün qiymətində də müəyyən bahalaşma var, halbuki dünya bazarında düyünün qiyməti hələ də ucuzlaşır. Amma Azərbaycanda düyü bahalaşır, çünki ona tələbat var. Bayrama yaxınlaşdıqca, ətin, balığın, meyvə və tərəvəzlərin qiymətində də bahalaşmanı hiss edəcəyik. Bayram süfrəsinə gəldikdə isə, hazırda standart bir bayram süfrəsi mövcud deyil. Hər kəs öz imkanlarına uyğun bayram süfrəsi təşkil edir”.


Sizin reklam burada
Sizin reklam burada