Çexiyada polis ilin əvvəlindən yeniyetmələrin məktəbdə atışma törətmək cəhdinin 7-nin qarşısını alıb.
Bu barədə seznam.cz xəbər portalı məlumat yayıb.
Qeyd edilib ki, polis 21 dekabr 2023-cü ildə Praqadakı Çarlz Universitetinin Fəlsəfə fakültəsində 24 yaşlı tələbə David Kozak tərəfindən həyata keçirilən atışmaya bənzər atışmaya cəhd edən, qətllər planlaşdıran və ya insidenti ciddi şəkildə təkrarlamaqla hədələyən yeddi yeniyetməni müəyyən edə bilib.
Məlum olaylar zamanı isə 14 nəfər ölüb, 25 nəfər yaralanıb. Bu fövqəladə vəziyyətdən sonra Çexiyada universitetlərdə, məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib. Lisey şagirdləri polisin gəlişindən sonra intihar edən cinayətkarın hərəkətlərini təkrarlamağı planlaşdırıblarmış.
Tural