"ABŞ-ın gündəmində İran məsələsi çoxdan mövcuddur"- Politoloq

"ABŞ-ın gündəmində İran məsələsi çoxdan mövcuddur"- Politoloq
12:57

"ABŞ-ın gündəmində İran məsələsi çoxdan mövcuddur və bu, yeni bir hadisə deyil. Hətta bu mövzunun yenidən gündəmə qaytarılacağı ilə bağlı vədlər artıq Tramp dövründə müşahidə olunurdu."

Politoloq Elnur Ənvəroğlu bunu News365.az-a açıqlamasında deyib. 

"Xatırlayırsınızsa, Tramp hakimiyyətinin son dövrlərində bu, İranda böyük bir faciə ilə nəticələndi, yəni İranın generalının vurulması ilə sona çatdı. Bu da elə bir təsəvvür yaratdı ki, ABŞ yarımçıq qalan işini mümkün qədər bir dövr ərzində tamamlayacaq.

Bilirsiniz ki, ABŞ-ın İranla qarşıdurmasının mövcud səbəblərini qısaca izah etmək istəyirəm. Birinci növbədə, ABŞ üçün İran təhlükədir. Nəyə görə təhlükədir? Çünki o, ABŞ-ın nəzərində Yaxın Şərqdə ən böyük təhlükə hesab olunur. Xüsusilə də, bunu Fars körfəzində, Hörmüz boğazında görmək mümkündür. Yəni ABŞ-ın əsas strateji baxımdan hesab etdiyi, iqtisadi cəhətdən əhəmiyyətli hesab etdiyi nöqtələr mövcuddur ki, Asiya və Hörmüz boğazı vasitəsilə ABŞ-a məxsus olan tanker və neft gəmiləri keçir. İran bu bölgədə zaman-zaman təhdidlər edib, hücumlar təşkil edib. Buna görə də Amerika Birləşmiş Ştatları İranı neytrallaşdırmaq, yəni qarşısındakı maneəni aradan qaldırmaq üçün tədbirlər görməyə çalışır.


Sizin reklam burada
Sizin reklam burada