Onlara yeni vəzifələr verildi

Onlara yeni vəzifələr verildi
08 Mar 2025 13:41

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında kadr məsələlərinə baxılıb.     

News365.az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovun AMEA-nın Naxçıvan Bölməsi aparatının elmi katibi vəzifəsinə təyin edilib. 

Eyni zamanda filologiya elmləri doktoru, dosent Kamil Adışirinovun isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təsdiq edilməsi haqqında qərarlar qəbul olunub. 

Əlavə olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin dissertantı Nəzrin Əliyevanın və Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin doktorantı Zərin Vəliyevanın Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları haqqında qərarlar qəbul edilib. 

Nəzrin Əliyeva Polşanın Byalistok Universitetində ixtisasartırma ezamiyyətinin yekunları barədə iclas iştirakçılarına məlumat verib. Həmçinin AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Aliyə Adıgözəlova və kiçik elmi işçisi Arif Quliyev Türkiyə Cümhuriyyətinə ezam olunublar.


Sizin reklam burada
Sizin reklam burada