Britaniya Hərbi Hava Qüvvələri (RAF) ciddi pilot çatışmazlığı yaşayır.
News365.az xəbər verir ki, "Daily Mail"in məlumatına görə, vəziyyət o qədər gərgindir ki, əvvəllər bu peşəyə yararsız sayılan şəxslərin də pilot kimi hazırlanmasına qərar verilib.
Nəşr bildirir ki, bu çatışmazlığın səbəbi 2023-cü ildən bəri davam edən kadr siyasəti ilə bağlıdır. O vaxt mediada RAF-ın ağdərili kişi pilotların sayını azaltmağa çalışdığı və qadınlar, eləcə də etnik azlıqların cəlb olunmasını sürətləndirdiyi barədə məlumatlar yayımlanmışdı.
Hazırda bu siyasətin nəticələri Britaniya Hərbi Hava Qüvvələrinin fəaliyyətinə təsir edir və pilot çatışmazlığı problemi ölkədə ciddi müzakirələrə səbəb olub.