Gəncədə məktəbli bıçaqlandı

Gəncədə məktəbli bıçaqlandı
17:19

Gəncə şəhərində məktəbli bıçaqlanıb.

News365.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.

On birinci sinif şagirdi Ə.İ. mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb. 

O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İlkin məlumata görə, ona məktəbli yoldaşı bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada