Kreml Kurskun nə vaxt azad olunacağını bilmir

Kreml Kurskun nə vaxt azad olunacağını bilmir
14:31

Kursk vilayətinin işğal olunmuş ərazilərinin azad edilməsi üçün konkret müddət təyin edilməyib. Rusiya Silahlı Qüvvələri mümkün olan hər şeyi edir.  Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Sizin reklam burada
Sizin reklam burada