"Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası mövcuddur"- Tural İsmayılov

"Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası mövcuddur"- Tural İsmayılov
17:00

"Bu gün Ermənistan əraziləri xarici güc faktorlarına peşkəş edilib və faktiki olaraq Ermənistan hakimiyyətinin uğursuz idarəçiliyi nəticəsində Ermənistan əraziləri müxtəlif yollarla xarici güc faktorlarından asılı vəziyyətə düşüb. Son dövrlərdə Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında “Gərçasus” şəbəkəsinin fəaliyyətinin genişlənməsi, eyni zamanda Rusiyanın ərazidə nüfuzunun artması müşahidə olunur."

Politoloq Tural Əliyev bunu News365.az-a açıqlamasında deyib. 

"Bu gün Ermənistanın Gümrü şəhərində Rusiyanın 100-cü hərbi bazası mövcuddur. Bununla paralel olaraq, Ermənistan ərazilərində Avropa İttifaqı missiyası adı altında Qərb Kəşfiyyat Poliqonunun yaradılması, Rusiya-Ermənistan münasibətlərində gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistan müstəqil dövlət kimi hörmət görmür və bunun nəticəsidir ki, patrul xidməti adı altında Qərb kəşfiyyatçıları Ermənistan ərazisində binokl şousu nümayiş etdirməklə məşğuldurlar.

Rus hərbçiləri isə artıq Gümrü şəhərində sanki bu şəhər Rusiya Federasiyasının ərazisiymiş kimi davranırlar. Bunun nəticəsində ağır zirehli texnikanın şəhər mərkəzində hərəkəti və digər hadisələr açıq şəkildə göstərir ki, Nikol Paşinyan hökuməti Ermənistanı elə bir vəziyyətə gətirib çıxarıb ki, ölkə ərazisində bir-birinə hətta rəqib düşüncədə olan ölkələrin ya bazaları, ya da missiyaları fəaliyyət göstərir. Bunun nəticəsində isə Ermənistan müstəqil qərarlar qəbul edə bilmir.

Faktiki olaraq Gümrüdəki Rusiya hərbi bazasının hərbçilərinin bazanın silahlı texnikası ilə mülki şəhərdə sərbəst hərəkət etməsi və yayılan görüntülər açıq şəkildə göstərir ki, Gümrüdəki bazanın hərbi qulluqçuları Ermənistan dövlətinə hörmət etmirlər. Bütün bu vəziyyətin yaranma səbəbi isə birbaşa Ermənistan hakimiyyətidir."


Sizin reklam burada
Sizin reklam burada