Finlandiyanın Xarici İşlər Nazirliyi Ukraynaya ümumi dəyəri 16 milyon avro olan humanitar yardım göndərəcəyini açıqlayıb.
Qeyd olunub ki, yardım BMT-nin humanitar strukturları və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Kiyevə köçürüləcək.
Yanvarın 31-də Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin ayrıldığını elan etmişdi.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural