Rusiya zərbə endirdi, bu ərazi elektriksiz qaldı

Rusiya zərbə endirdi, bu ərazi elektriksiz qaldı
21 Mar 2026 11:58

Rusiya Ukraynanın Çerniqov vilayətinin Nejin rayonundakı enerji obyektinə hücum edib, nəticədə bölgənin böyük hissəsi elektriksiz qalıb.

News365.az xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus bildirib.

Onun sözlərinə görə, artıq qəza-bərpa işlərinə başlanıb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.


Sizin reklam burada
Sizin reklam burada