“Rusiya Ukraynanın Aİ-yə üzvlüyünü gec də olsa qəbul edir” - Zelenski

“Rusiya Ukraynanın Aİ-yə üzvlüyünü gec də olsa qəbul edir” - Zelenski
15:12

Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya lideri Vladimir Putinin Ukraynanın Avropa İttifaqına qoşulmasını “qanuni seçim” adlandırmasına münasibət bildirib.

News365.az “Unian”a istinadən xəbər verir ki, Zelenski bunun Moskva tərəfindən gec qəbul edilmiş bir həqiqət olduğunu vurğulayıb.

“Rusiyadan ilk dəfədir ki, belə siqnallar gəlir. Onlar artıq Ukraynanın Aİ-yə üzv olmasını qəbul edirlər. Təəssüf ki, bu mövqeyə çox gec gəldilər. Halbuki, Rusiya hələ 2013-cü ildən bu reallığı dərk etməli idi. Amma indi belə bir etirafı eşitmək vacibdir”, – Zelenski bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada