“Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı nikbinlik azalır” - Tramp

“Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı nikbinlik azalır” - Tramp
14:24

ABŞ Prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsinin sonlanacağına dair nikbinliyi azalır.

News365.az xəbər verir ki, məsələ ilə bağlı məlumatı adının açıqlanmasını istəməyən iki ABŞ rəsmisi “NBC News”a təsdiqləyib.

Məlumata görə, Tramp son videokonfrans çıxışında Avropa ölkələrini Rusiya neftindən imtina etməyə çağırıb. O, həmçinin Avropanın Rusiyanın hərbi fəaliyyətlərinə dolayı dəstəyinə görə Çinə iqtisadi təzyiq göstərməsinin vacibliyini vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada