Rusiya qoşunları daha bir qəsəbəyə giriblər

Rusiya qoşunları daha bir qəsəbəyə giriblər
10:40

Rusiya hərbçiləri qondarma Donetsk Xalq Respublikasının (DXR) bölgənin Ukraynanın Dnepropetrovsk vilayəti ilə sərhədindən bir neçə kilometr aralıda yerləşən Udaçnoye qəsəbəsinə daxil olublar. Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqov deyib.

“Hazırda kəndin şərq hissəsində onun azad edilməsi üçün döyüşlər gedir”, - Roqov qeyd edib.

O qeyd edib ki, Udaçnoyedən avtomobil və dəmir yolları keçir. Onlar Donetskin Krasnoarmeysk şəhərini (Ukrayna adı - Pokrovsk-red.) Dnepropetrovsk vilayətindəki yaşayış məntəqələri ilə birləşdirir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural