Rusiya prokurorluq binasını VURDU

Rusiya prokurorluq binasını VURDU
13:17

Ukraynanın Çerniqov şəhərinin mərkəzində yerləşən vilayət prokurorluğunun binasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edilib.

News365.az xəbər verir ki, hadisə nəticəsində binaya və ətrafdakı infrastrukturun ciddi ziyan dəyib.

Vilayət prokuroru Sergey Deynekonun "Suspilne" radiosuna verdiyi məlumata görə, zərbə nəticəsində binanın həyət hissəsi və orada park edilmiş avtomobillər zədələnib. Yerli hakimiyyət orqanlarının yaydığı ilkin məlumatlara əsasən, hücum zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda hadisə yerində xilasetmə və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.



Sizin reklam burada
Sizin reklam burada