Dırnaqdakı kiçik xətt həyatınızı qurtara bilər! - Dermatoloqlardan xərçəng XƏBƏRDARLIĞI

Dırnaqdakı kiçik xətt həyatınızı qurtara bilər! - Dermatoloqlardan xərçəng XƏBƏRDARLIĞI
16:20

Çoxumuz dırnaqlarımızda qəfil yaranan rəng dəyişikliklərini, kiçik ləkələri və ya qəribə xətləri adi vitamin çatışmazlığı və ya harasa toxundurma bəhanəsi ilə diqqətdən kənarda qoyuruq. Lakin tibb mütəxəssisləri bu laqeydliyin çox ağır nəticələrə, hətta ölümcül xəstəliklərə yol aça biləcəyini vurğulayırlar. Çünki dırnaqlar sadəcə barmaq uclarını qorumur, həm də bədənimizin daxili sağlamlıq xəritəsidir.

News365.az dırnaqlarda gizlənən və vaxtında müdaxilə edilmədikdə həyati təhlükə yaradan xərçəng siqnalları ilə bağlı mühüm araşdırmanı təqdim edir.

Travma yoxdursa, təhlükə böyükdür!

Əgər dırnağınızın üzərində və ya altında qara, qəhvəyi rəngli boylama bir xətt, yaxud ləkə görmüsünüzsə, ilk növbədə həmin barmağınızın qapı arasında qalıb-qalmadığını, zərbə alıb-almadığını dəqiqləşdirin. Əgər hər hansı fiziki zərbə və ya travma olmayıbsa, mütəxəssislər masada 3 əsas ehtimalın olduğunu bildirirlər:

  • Dırnaq yatağında yaranan xoşxassəli xal;

  • Səbəbi bəlli olmayan kiçik dırnaqaltı qanamalar;

  • Malign Melanom (sürətlə yayılan və ölümcül olan dəri xərçəngi növü).

Dırnaq altında sonradan meydana gələn tünd rəngli xətlər xüsusilə aqressiv xərçəng forması sayılan melanomun ən tipik göstəricisidir. Bu xəstəlik erkən mərhələdə aşkarlanarsa, müalicə şansı demək olar ki, 100%-dir. Gecikdirildikdə isə metastaz verərək digər daxili orqanları sürətlə sıradan çıxarır.

Hansı hallarda dərhal dermatoloqa qaçmalısınız?

Aşağıdakı simptomlardan dırnağınızda bircə dənəsini belə müşahidə etsəniz, vaxt itirmədən dəri həkiminə müraciət etməlisiniz:

  1. Heç bir fiziki zərbə almadığınız halda dırnaqda qara/qəhvəyi ləkələr və ya boyuna uzanan tünd cizgilər yaranıbsa;

  2. Zaman keçdikcə bu xətlərin və ya ləkələrin rəngi daha da tündləşir, eni genişlənirsə;

  3. Qaralma və ya rəng dəyişikliyi dırnaqdan kənara — ətrafdakı yumşaq dəriyə doğru yayılmağa başlayıbsa.

Unutmayın ki, dırnağınızda bu gün əhəmiyyət vermədiyiniz kiçik bir ləkə, əslində orqanizminizin sizə etdiyi ən son erkən xəbərdarlıq ola bilər. Sağlamlığınıza qarşı biganə qalmayın!


Sizin reklam burada
Sizin reklam burada