Səkkizayaqlılar güzgü ilə ov edib

Səkkizayaqlılar güzgü ilə ov edib
18 İyn 2026 23:00

Alimlər səkkizayaqlılarda qeyri-adi davranış müşahidə ediblər.

News365.az xəbər verir ki, araşdırmalar zamanı səkkizayaqlıların ilk dəfə güzgüdən istifadə edərək ovlanmağı bacardıqları müəyyən edilib.

Mütəxəssislər bildirirlər ki, səkkizayaqlılar artıq yüksək intellektə malik canlılar kimi tanınır. Onların insan üzlərini tanıdığı və bəzi hallarda alətlərdən istifadə etdiyi də məlumdur.

Alimlərin fikrincə, güzgüdən istifadə etməklə ovlanma qabiliyyəti bu canlıların idrak və problem həll etmə bacarıqlarının daha inkişaf etmiş olduğunu göstərir. Bu kəşf onurğasız canlıların davranışlarının öyrənilməsi baxımından mühüm yenilik hesab olunur.



Sizin reklam burada
Sizin reklam burada