Rusiya onları vətəndaşlıqdan MƏHRUM ETDİ

Rusiya onları vətəndaşlıqdan MƏHRUM ETDİ
12:30

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, ölkənin milli təhlükəsizliyinə təhdid yaratdıqları iddia olunan Orta Asiya və Qafqaz mənşəli səkkiz nəfər Rusiya vətəndaşlığından məhrum edilib.

News365.az xəbər verir ki, FSB həmin şəxslərin müxtəlif cinayət və təhlükəsizlik xarakterli fəaliyyətlərdə iştirak etdiyini bildirib.

Məlumata əsasən, vətəndaşlıqdan məhrum edilən şəxslərdən biri Adıgey sakini olub. Onun silahdaşları ilə Rusiyada “cihad” aparılması məsələsini müzakirə etdiyi iddia olunur.

FSB-nin açıqlamasında qeyd edilir ki, vətəndaşlıqdan məhrum edilənlərdən üçü Tver vilayətinin sakinləridir. Onların saxta spirtli içki və tütün məhsullarının tədarükü və satış kanalını təşkil etmək, Mərkəzi Afrika Respublikasından olan şəxsləri Rusiyada qeyri-rəsmi şəkildə işə cəlb etmək, zorakılıq, oğurluq, əcnəbilərin saxta qeydiyyatı və sərxoş vəziyyətdə avtomobil idarə etmək kimi əməllərdə iştirak etdikləri bildirilir.

Bundan başqa, Qafqaz mənşəli iki nəfərin etnik nifrətin qızışdırılmasında iştirak etdiyi əsas gətirilərək Rusiya vətəndaşlığından məhrum edildiyi açıqlanıb.

FSB həmin şəxslərin Rusiyanın milli təhlükəsizliyi üçün təhlükə yaratdığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada