Oktyabrın 14-dən Binəqədi qəsəbəsi ilə “Memar Əcəmi” metrostansiyasını əlaqələndirən 92 nömrəli marşrut xəttində 14 yeni avtobus sərnişinlərin xidmətinə veriləcək.
News365.az xəbər verir ki, paytaxtın Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə birləşdirən 92 nömrəli marşrut üzrə avtobus parkı yenilənir.
Marşrut xəttində istismar olunan avtobusların bir qismi cari ilin aprel ayında yenilənib. Hazırda daşıyıcı şirkət tərəfindən yeni nəqliyyat vasitələri gətirilərək xəttə əlavə olunur.
Oktyabrın 14-dən etibarən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilmiş avtobus fəaliyyət göstərəcək.
Yeni avtobuslarda gedişhaqqının ödənilməsi nağdsız qaydada həyata keçiriləcək. Marşrut üzrə gedişhaqqı 60 qəpik müəyyən edilib.
Qeyd edək ki, vətəndaşların rahatlığının təmin edilməsi, eləcə də keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) diqqət mərkəzində saxlanılır.