Müalicələr çox bahadır - Firuz Mustafa ağır xəstəlikdən əziyyət çəkir

Müalicələr çox bahadır - Firuz Mustafa ağır xəstəlikdən əziyyət çəkir
15:20

Tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa bir müddət öncə onkoloji xəstəliklə bağlı ağır əməliyyatdan çıxıb.

News365.az xəbər verir ki, dramaturq hazırda müalicəsinin davam etdiyini bildirib.

“Ağır əməliyyatdan müəyyən vaxt keçsə də, adı özündən daha qorxulu və qorxunc olan xəstəliklə mübarizəm davam edir. Elə müalicələr və həyat da davam edir”.

F.Mustafa bu xəstəliyin müalicəsinin çox baha olduğunu vurğulayıb:

“Oxudum ki, ölkəmizdə 75 min onkoloji xəstə var. Düzü, mən az bilirdim. Öz “təcrübəmdən” çıxış edib təkcə onu deyə bilərəm ki, müalicələr çox bahadır”.


Sizin reklam burada
Sizin reklam burada